...

İpoteka fondunun rəhbəri: "Azərbaycanda sosial ipoteka 2007-ci ildən işə düşəcək"

Siyasət Materials 11 Dekabr 2006 15:18 (UTC +04:00)

Yaxın vaxtlarda ipoteka kreditləri sisteminin sadələşdirilməsi və təkmilləşdirilməsi barədə təkliflər paketi Prezident Aparatına təqdim olunacaq.

Azərbaycan İpoteka fondunun (AİF) icraçı direktoru Faiq Məmmədovun Trend ə verdiyi məlumata görə, ölkə başçısının ipoteka kreditlərinin verilməsinə aid bütün tövsiyyələri təklifdə öz əksini tapıb. AMB-nın rəhbərliyi artıq bir neçə təkmilləşdirmə və sadələşdirmə təklifini təsdiqləyib, lakin daha geniş şəkildə təkliflər paketi hökumət səviyyəsində nəzərdən keçiriləcək. "Bunun nəticəsi olaraq ipoteka kreditlərinin verilməsində inkişaf dinamikası müşahidə olunur"- F. Məmmədov belə hesab edir.

Bu gün AİF-in hesabına verilmiş kreditlərin sayı 200-ü keçib və ilin sonunadək verilmiş ipoteka kreditlərinin həcminin 5 mln manatadək çatdırılması gözlənilir. AİF-in rəhbəri hesab edir ki, indiki proses 2007-ci ildə sosial güzəştli ipotekaların tətbiqi ilə daha da fəallaşacaq və verilən kreditlərin sayının 1 minə qədər yüksəldilməsi gözlənilir. İpoteka kreditləri verilməsi tətbiqininin ilk il üçün nəticələri göstərir ki, sosial ipoteka çərçivəsində güzəştli şərtlərin tətbiq olunması kütləvi kredit götürmələrinə gətirib çı[aracaq. Eyni zamanda bu gün müzakirə olunan məsələlər arasında ipoteka kreditləri sistemində və ondan kənardakı çatışmazlıqların aradan götürülməsi ilə bərabər, bu maliyyə vasitələrinin əhali tərəfindən istifadə imkanlarının genişləndirmək məsələsi də var.

Sosial ipoteka gənc ailələr və yaşayış şərtlərini yaxşılaşdırmaq istəyən hərbçilərin gənc ailələri arasında yayılacaq. Və ona görə də seçim kriteriyaları qoyulacaq. Təkliflərdən biri sosial ipotekanın müvafiq prioritetlər - ailənin gəlirləri, ailə üzvlərinin sayı əsasında verilməsidir. Və sözsüz ki, gəlirləri çox aşağı olan gənc ailələrə imtiyazlar verilməlidir. Yaşayış yeri də imtiyazlardan biri ola bilər. Belə ki, bu gün bölgələrin ( respublikanın qərb və sərhəd bölgələri) inkişafı ölkə üçün prioritet məsələdir.

Təkliflərə görə, ipoteka kreditlərinin verilməsinin əvvəlki 15 ilə nisbətən 30 ilə qədər artırılması nəzərdə tutulur. Kreditin maksimal məbləği əvvəlki 30 min manata nisbətən iki dəfə arta bilər. Sosial ipotekalar çərçivəsində həm də yaradılmış kreditlərin zəmanət Fondunun vəsaitləri hesabına qismən yardımlar etmək nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti