...

AVP sədri F.Ağamalı: "Azərbaycanda güclü müxalifətin formalaşacağını gözləmirəm"

Siyasət Materials 14 Dekabr 2006 12:40 (UTC +04:00)

"Mən Azərbaycanda güclü müxalifətin formalaşacağını gözləmirəm. Çünki indiki müxalifət, yəni 90-cı illərin əvvəlləridən siyasi fəaliyyətə başlamış partiya liderləri faktiki olaraq müxalifəti inhisara alıblar və digər müxalifətin yaranmasına qısqanclıqla yanaşır, buna mane omağa çalışırlar". Bu fikirləri Trend ə açıqlamasında iqtitaryönlü Ana Vətən Partiyasının sədri, millət vəkili Fəazil Ağamalı bildirib.

Qeyd edək ki, bir müddət əvvəl bütün müxalifət partiyalarının iştirakı ilə söz və mətbuat azadlığının müdafiəsi üzrə Koordinasiya Şurası adlı qurum yaradıldı. Bir neçə dəfə müxalifət rəhbərləri bir araya gələrək birgə müzakirələr aparıb və bu toplantıları davam etdirməyi qərara alıblar.

F.Ağamlı bildirib ki, müxalifətin belə təşəbüsləri ilk dəfə irəli sürülmür, lakin onların birgə fəaliyyətləri növbəti dəfə də effekt verməyəcək: "Müxalifətin ayrı-ayrı vaxtlarda bundan da geniş spektri əhatə edən birlikləri, əməkdaşlıq formaları yaradılıb. Lakin sonradan hər kəs öz iddiasını ortaya qoyub və bu birliklər də dağılıb. Hesab edirəm ki, müxalifətin indiki addımları da əvvəlkilərin taleyini yaşayacaq. Yəni, indiki əməkdaşlıq cəhdləri yenə də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək".

F.Ağamalının fikrincə, ana müxalifət hesab olunan partiyalar fikir və mövqelərində heç bir dəyişiklik etmədiklərinə görə irəli də gedə bilmirlər: "Onlar nə özləri irəli gedir, cəmiyyəti düşündürən problemləri önə çəkərək nüfuz qazana bilir, nə də başqalarına imkan verirlər. Bu cür müxalifətçilərlə normal müxalifət düşərgəsinin formalaşması mümkün deyil"-deyə AVP sədri vurğulayıb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının və iqtidarın siyasi kursunu dəstəkləyən AVP parlamentdə 2 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti