...

Milli Məclisin sədri: "Deputat köməkçilərinin yuksək intellektual səviyəyə malik olması vacibdir"

Siyasət Materials 15 Dekabr 2006 18:49 (UTC +04:00)

Yanvar ayında millət vəkillərinə köməkçilər veriləcək. Trend xəbər verir ki, bu barədə Milli Məclisin dekabrın 15-də keçirilən iclasında sədr Oqtay Əsədov məlumat verib.

Onun sözlərinə görə, deputatlar köməkçilərinin kim olacağını özləri müəyyənləşdirəcəklər. "Deputatların köməkçiləri dövlət qulluqçuları hesab olunacaqlar. Onların yüksək intelektual səviyyəyə malik olmaları vacibdir və millət vəkilləri bunu nəzərə almalıdırlar."

O.Əsədov deputatların otaqla təmin olunması məsələsinə də toxunub. Bildirib ki, bu problem də həll olunacaq.

Xəbər lenti

Xəbər lenti