...

XİN başçısı: Bakıda İspaniyanın səfirliyi açılacaq

Siyasət Materials 16 Dekabr 2006 12:16 (UTC +04:00)

Bakıda İspaniyanın səfirliyi açılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, İspaniyanın xarici işlər naziri və ATƏT-in yeni sədri Migel Anxel Moratinosla Brüsseldə keçirilən göürş zamanı, ATƏT nazirlər şurasının növbəti sessiyası çərçivəsində bu barədə E.Məmmədyarova nazirin özü bildrib. Migel Anxel Moratinos əlavə edib ki, İspaniyanın Nazirlər Kabineti artıq müvavfiq qərar qəbul edib.

E.Məmmədyarov xəbər verib ki, Azərbaycanla bu məsələ 2007-ci ilin əvvəlində, İspaniya XİN başçısının həm nazir, həm də ATƏT-in yeni sədri kimi regiona, o cümlədən Bakıya səfəri zaman həll ediləcək.

Xəbər lenti

Xəbər lenti