Mənim Azərbaycana səfərimin məqsədi - Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün əməkdaşlıq yollarının axtarılmasıdır. Trend xəbər verir ki, bu barədə ATƏT Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştroxal dekabrın 21-də Bakıda Azərbaycan Xarici İşlər Nazirliyində keçiriləcək görüşü ərəfəsində bildirib.
Onun sözlərinə görə, DİİHB Azərbaycanın Seçki Məcəlləsinin və milli qanunvericiliyin, insan haqları və demokratiya sahəsində qanunun maddələrinin tətbiqi prktikasının təkmilləşdirilməsinə yardım etmək istəyir.