...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru müxalifət partiyalarının rəhbərləri ilə görüşüb

Siyasət Materials 21 Dekabr 2006 18:35 (UTC +04:00)

Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohol dekabrın 21-lə müxalifəti təmsil edən siyasi partiyaların rəhbərləri ilə görüş keçirib. Trend in məlumatına görə, ATƏT-in Bakı ofisində keçirilən görüşdə "Azadlıq" blokunun həmsədrləri - Əli Kərimli, Sərdar Cəlaloğlu, Əli Əliyev, Əvəz Temirxan, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə iştirak ediblər.

İsa Qəmbər Trend ə bildirib ki, görüşdə Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İ.Qəmbərin sözlərinə görə, öhdəliklərə daxil olan məsələlər haqqında, həmçinin Azərbaycanda demokratiyanın durumu, insan haqlarının vəziyyəti barədə partiya rəhbərləri öz mövqelərini, fikirlərini biliriblər.

Araz Əlizadə isə qeyd edib ki, görüşdə bir sıra məsələlərlə yanaşı ASDP-nin həmsədri, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovun hüquqlarının pozulduğunu, ona Azərbaycan vətəndaşlığı pasportu verilmədiyini ATƏT nümayəndəsinin diqqətinə çatdırıb: "Həmçinin Azərbaycanda demokratikləşmə prosesi, 2007-ci ildə hansı işlərin görülməli olduğu müzakirə edildi. Ştrohal bildirdi ki, 2007-ci ilin Azərbaycanda dialoqlar ili olacağına və bununla irəliləyişlərə nail olunacağına ümid edir"-deyə A.Əlizadə məlumat verib.

Xəbər lenti

Xəbər lenti