...

Gürcüstanın baş naziri Azərbaycan qazı üzrə məsələnin qəti surətdə həll edilməsi üçün Bakıya gələcək

Siyasət Materials 22 Dekabr 2006 12:47 (UTC +04:00)
Gürcüstanın baş naziri Azərbaycan qazı üzrə məsələnin qəti surətdə həll edilməsi üçün Bakıya gələcək

2007-ci ildə Azərbaycanın "Şahdəniz" yatağından qaz tədarükündə gürcü payı haqqında məsələnin qəti surətdə həll edilməsi üçün Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıya gələcək.

Baş nazirin aparatından Trend in xüsusi müxbirinə verilən xəbərə görə, Noqaideli gələn həftənin əvvəlində Bakıya səfər etmək niyyətindədir.

Bir gün əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvilinin bildirdiyi kimi, 2007-ci ildə Türkiyə payının bölüşdürülməsi haqqında qəti qərar Bakıda qəbul olunacaq.

Onun sözlərinə görə, prinsipial razılıq artıq əldə olunub və yalnız bir neçə texniki məsələnin nizamlanması qalıb və bununla da Gürcüstanın baş naziri Bakıda məşğul olacaq.

Həmçinin qazın son qiymətini müzakirə etmək lazımdır. Saakaşvili qeyd edib ki, Gürcüstan hər halda ən əsas məsələyə nail olub və qaz tədarükünü müxtəlifləşdirə bilib.

"Bizim üçün əsas qaz tədarükçüsü Azərbaycan olacaq, lakin biz alternativ mənbələrdən də qaz alacağıq", - deyə o qeyd edib.

Dövlət dəftərxanasındakı mənbədən Trend in xüsusi müxbirinə verilən xəbərə görə, Gürcüstan Azərbaycandan 1,1 milyard kubmetr qaz almaq, qalan 700-800 milyon kubmetr həcmində kəsiri isə Rusiya və İran qazı hesabına doldurmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti