...

Azərbaycanın Baş Prokurorluğu eks-nazirlərin işi üzrə istintaqın məqsədli şəkildə uzadlımasında maraqlı deyil

Siyasət Materials 23 Dekabr 2006 13:29 (UTC +04:00)

"Biz sabiq iqtisadi inkişaf və səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanovun işi üzrə istintaqın məqsədli şəkildə uzadılmasında maraqlı deyilik. Onların törətdiyi bütün cinayətlər əhatə edildikdən sonra istintaq başa çatacaq". Trend xəbər verir ki, bu barədə Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubov jurnalistlərə bildirib.

Bu gün korrupsiya, rüşvət alma və s. bu kimi faktlar üzrə iş davam etdirilir. R.Usubov hesab edir ki, bu faktları araşdırmadan işi məhkəməyə vermək olmaz. R.Usubov dövlət çevirilişinə cəhdlə bağlı ittihamın Ə.İnsanovun üzərindən götürülməsi və F.Əliyevin səhhətinin ağır olması barədə informasiyanı da rəsmi şəkildə təkzib edib. Onun sözlərinə görə, həkimlərin konsiliumu sabiq nazirin səhhətini qənaətbəxş hesab edib və o, istintaq təcridxanasında saxlanıla bilər.

Hacı Məmmədovun F.Əliyevin "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində günahkar olması ifadləsinə toxunaraq R.Usubov bildirib ki, bu ifadələr əsasında istintaq əməliyyatları bu gün hələ davam etdirilir.

Xəbər lenti

Xəbər lenti