...

ATƏT DİİHB başçısı – Mən Azərbaycanda insan haqları ilə bağlı situasiyanın monitorinqi üzrə işçi qrupun işinin səmərəliliyinə inanıram

Siyasət Materials 25 Dekabr 2006 15:12 (UTC +04:00)
ATƏT DİİHB başçısı – Mən Azərbaycanda insan haqları ilə bağlı situasiyanın monitorinqi üzrə işçi qrupun işinin səmərəliliyinə inanıram

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştroxal ilə Trend in eksklüziv müsahibəsi

- Azərbaycana səfəriniz çərçivəsində ölkədə insan haqları ilə bağlı situasiyanın monitorinqi üzrə birgə işçi qrupun yaradılması barədə təklif səslənib, bu qrupa hakimiyyət, vətəndaş cəmiyyəti və ATƏT nümayəndələrinin daxil olacağı gözlənilir. Bu təşəbbüs nə dərəcədə səmərəli ola bilər?

- Bakı ofisi, eləcə də ümumilikdə ATƏT Azərbaycanda müxtəlif görüşlər keçirir, islahatları və işçi qrupların fəaliyyətini dəstəkləmələri barədə bəyanatlar verirlər. Həmçinin Azərbaycanda insan haqları ilə bağlı situasiyanın monitorinqi üzrə birgə işçi qrupun yaradılması təşəbbüsü dəstəklənir, bu qrupa hakimiyyət, vətəndaş cəmiyyəti nümayəndələri daxil olacaq.
Bu təşəbbüsün işindən irəli gələn səmərəyə gəlincə, mən buna ümid edirəm, çünki söhbət beynəlxalq tövsiyələrin yerinə yetirilməsindən gedir.

- Azərbaycana səfərdən sonra keçən illə müqayisədə insan haqları ilə bağlı situasiyanı necə qiymətləndirirsiniz?

- Azərbaycanda insan haqları ilə bağlı elə sahələr var ki, burada inkişaf hiss olunur, həmçinin elə sahələr də var ki, təkmilləşməyə ehtiyacı var. Bir neçə misal gətirmək istəyirəm. İnsan haqları ilə bağlı çox məsələ var ki, bir gün ərzində həll edilməsi mümkün deyil. Güclü, müstəqil məhkəmə sisteminin inkişafı üçün zaman və böyük təşəbbüslər lazımdır. Ölkədə cinayət törətmiş vətəndaşların hüquqlarının müdafiəsi üçün də kifayət qədər vəkil lazımdır, bunun üçün də zaman və böyük təşəbbüslər tələb olunur. Traffikinq qurbanlarının hüquqlarının qorunması və təhlükəsizliyi məsələsinin həll edilməsi üçün də zaman lazımdır, bu gün bu da gündəlikdə duran məsələlərdən biridir. Məişət zorakılığı ilə mübarizə - bu da bütün cəmiyyətlər üçün böyük bir problemdir, bu problemin həlli üçün də həm hakimiyyətin, həm də ictimaiyyətin təşəbbüsü tələb olunur.
Digər tərəfdən, vətəndaşın hüququnu pozumş polis əməkdaşının tutulması üçün çox zaman tələb olunmur və bunu dərhal həyata keçirmək olar.

- Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı beynəlxalq təşkilatlar bəyanatlar səsləndirməkdə davam edirlər. Eyni zamanda, Azərbaycan hakimiyyəti bu bəyanatların Azərbaycanın müxtəlif jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinin qeyri-obyektiv informasiyalarına əsaslandığını bildirir .

- Azərbaycanda mətbuatla bağlı problemin olması barədə informasiya artıq var. Fəaliyyətinə görə həbs olunmuş jurnalistlər də var, böhtan haqqında qanundan sui-istifadə ilə bağlı problemlər də var. Biz ümid edirik ki, bu ölkədə mətbuat başqa ölkələrdə olduğu kimi, tam sərbəst ifadə formasında fəaliyyət göstərəcək. İnsanlar sizin mövqeyinizlə razı olmaya bilər, lakin sizin rəyinizi eşitmək hüququ var. Sizin də özünüzü ifadə hüququnuz var.

- Geri qayıtdıqdan sonra siz Azərbaycanla əməkdaşlığı nə cür davam etdirmək niyyətindəsiniz?

- Mənim ofisim və ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir və ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək.

Xəbər lenti

Xəbər lenti