...

Azərbaycan prezidenti sərəncamlar imzalayıb

Siyasət Materials 25 Dekabr 2006 20:33 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 25-də imzaladığı sərəncamla ölkə idmanının inkişafında böyük xidməti olan 7 nəfərə prezidentin fəxri təqaüdünün verilməsi qərara alınıb.

Prezidentin digər sərəncamı ilə bir qrup Azərbaycan idmançısına "Əməkdar bədən tərbiyəsi və idman xadimi" adı verilib.

Azərbaycan prezidenti İlham Əliyev başqa bir sərəncamı ilə Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup əməkdaşını tərəqqi medalı ilə təltif edib.

Prezidentin digər sərəncamı Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Fəxrəddin Gülmirzə oğlu Cavadova "Əməkdar həkim" fəxri adı verilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti