...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti yanvarın 20-də Strasburqa yola düşəcək

Siyasət Materials 6 Yanvar 2007 14:21 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-də Strasburqa yola düşəcək. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova bildirib.

Xatırladaq ki, AŞ PA-nın qış sessiyası yanvarın 22-də başlayır və 26-da başa çatacaq.

E.Axundova qeyd edib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri yaxın günlərdə bir araya gələrək qış sessiyasında görüləcək işlərlə bağlı məsləhətləşmələr aparacaqlar.

Xəbər lenti

Xəbər lenti