...

Azadlıq bloku aksiyalara başlayacaq

Siyasət Materials 12 Yanvar 2007 12:42 (UTC +04:00)

Yanvarın 12-də "Azadlıq" siyasi bloku "Enerjidaşıyıcılarının qiymətlərinin və kommunal xidmət haqlarının qaldırılmasının sosial - iqtisadi prosseslərə təsiri" mövzusunda dəirmi massa keçirib. Trend in məlumatına görə, tədbirdə müxalifət partiyalarının, qeyri-hökümət təşkilatlarının rəhbərləri, ekspertlər iştirak ediblər.

"Azadlıq" blokunun həmsədri, AXCP-nın rəhbəri Əli Kərimli qeyd edib ki, blok ölkədə enerjidaşıyıcılarının, kommunal xidmətlərinin qiymətlərinin bahalaşmasına etiraz olaraq kütləvi aksiyalara başlayacaq.

Blokun digər həmsədri Lalə Şövkət qiymət artımını "Azərbaycan sindromu" adlandıraraq cəmiyyətin buna etiraz olaraq müqavimətinin təşkil edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə son qiymət artımına dair faktlar səsləndirilib, bunun yarada biləcəyi iqtisadi böhran barədə şərhlər verilib və problemdən çıxış yollarına dair müxtəlif təkliflər səsləndirilib.

Xəbər lenti

Xəbər lenti