...

Azərbaycanın Müdafiə Nazirliyi: İraqda hərbi xidmətini başa vurmuş sülhməramlıların qayıdışı növbəti həftə baş tutacaq

Siyasət Materials 12 Yanvar 2007 16:34 (UTC +04:00)

İraqda hərbi xidmətini başa vurmuş sülhməramlıların Azərbaycana qayıdışı növbəti həftə baş tutacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini İlqar Verdyiev məlumat verib.

90 sülhməramlının qayıdışı bu həftəyə planlaşdırılsa da texniki səbəblər üzündən müddət uzadılıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfər hərbi qulluqçusu Beynəlxalq Sülhməramlı Qüvvələrin tərkibində qulluq edən hərbiçiləri əvəzləmək üçün sonuncu dəfə yanvarın 5-də İraqa yola düşüb. İraqda rotasiya olunmuş hərbi qulluqçular isə Azərbaycana növbəti həftə dönəcək.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları İraqın əl-Hədit-Ha şəhərindəki Su Elektrik Stansiyasının mühafizəsini həyata keçirir. Bu stansiya Bağdad şəhərinin 50 faizini, bütövlükdə ölkənin isə 30 faizini elektrik enerjisi ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti