...

MSK dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün tədris kursları keçirəcək

Siyasət Materials 15 Yanvar 2007 18:44 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün tədris kursları keçirəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə MSK sədri Məzahir Pənahov açıqlama verib.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncam verib. Bu sənəddə MSK-nın üzərinə bəzi vəzifələr qoyulub. Belə ki, MSK seçki komissiyaları üzvlərinin peşəkarlığını artırmaq məqsədilə onlar üçün kurslar təşkil etməlidir.

MSK sədrinin təklifi əsasında kursların təşkii ilə bağlı MSK-nın 5 nəfər əməkdaşından ibarət işçi qrupu yaradıldı. İşçi qrupuna MSK sədrinin müavini Svetlana Qasımova, MSK katibi Natiq Məmmədov, komissiyanın üzvləri Nizami Nadirov, Rövşən İsmayılov və MSK Aparatının nümayəndəsi Elşən Əsgərov daxil edildi. Bu qrup kursların təşkilinə dair bütün təklifləri ümumiləşdirəcək, hansı tədbirlərin görülməsini müəyyənləşdirəcək. Kurslarda 30 min nəfərə yaxın dairə və məntəqə seçki komissiyası üzvləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti