...

Dövlət komitəsinin başçısı: Azərbaycanda heç bir din dövlətçilik ənənəsinə və dövlətə müqavimət göstərməyə meyl edə bilməz

Siyasət Materials 17 Yanvar 2007 12:55 (UTC +04:00)
Dövlət komitəsinin başçısı: Azərbaycanda heç bir din dövlətçilik ənənəsinə və dövlətə müqavimət göstərməyə meyl edə bilməz

Azərbaycanda heç bir din dövlətçilik ənənəsinə və dövlətə müqavimət göstərməyə meyl edə bilməz. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Hidayət Orucov Azərbaycan Ombudsman institutu tərəfindən təşkil olunmuş "Din və insan hüquqları" mövzusunda dəyirmi masada çıxış edərkən bildirib.

Dövlət komitəsinin başçısı bəyan edib ki, Azərbaycanda bütün dinlər bərabərdir və heç bir din özünü üstün saymamalı və özünü digər dinlərlə müqayisə etməməlidir. Dövlət komitəsinin sədri təəssüflə qeyd edib ki, Azərbaycanda dini icmalar arasında elə qüvvələr var ki, onlar guya hüquqlarının pozulduğuna görə beynəlxalq təşkilatlar qarşısında hay-küy qaldırmağa çalışırlar.

"Dövlət dinə dair tolerant siyasət aparır, o, vətəndaşların dininin bütün hüquqlarına riayət olunmasına yönəlib, lakin heç bir dini icma dövlətçiliyə müqavimət göstərə bilməz", - deyə H.Orucov vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 21 qeyri-islam dini təşkilatı dövlət qeydiyyatından keçib və onların nümayəndələri ölkədə dinc şəkildə yaşayırlar.

Xəbər lenti

Xəbər lenti