...

Gürcüstan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi üzrə razılaşmanı qəbul edib

Siyasət Materials 17 Yanvar 2007 13:45 (UTC +04:00)
Gürcüstan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi üzrə razılaşmanı qəbul edib

Trend in Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan hökuməti çərşənbə günü Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi üzrə razılaşmanı qəbul edib. Hökumətin iclasında baş nazir Zurab Noqaideli bildirib ki, sabah texniki-iqtisadi əsaslandırma ilə bağlı Türkiyə, Gürcüstan və Azərbaycan arasında danışıqlar yenidən bərpa ediləcək.

Baş nazir bildirib ki, danışıqların Azərbaycanda keçiriləcəyi güman edilir. O əlavə edib: "Yekun razılaşma yaxın zamanlarda imzalanacaq". O, keçən həftə həmin layihə üzrə Gürcüstanla Azərbaycan arasında keçən danışıqları uğurlu adlandırıb.

Noqaideli deyib: "Artıq bu il biz bu layihənin reaziləsinə başlayacağıq və artıq bu gündən bu istiqamətdə hərbi dəqiqliklə iş aparmalıyıq".

Azərbaycan layihədəki 200 milyon dollar həcmində payını maliyyəlşdirməyə və Gürcüstana tikinti üçün vəsait ayırmağa hazır olduğunu artıq təsdiqləyib.

Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi ilə bağlı 2006-cı il oktyabrın 13-də üçtərəfli işçi qrupun Bakıda keçirilən iclasında dəmir yolunun tikintisi üçün Gürcüstan tərəfinin sahə ayırması və Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması barədə məsələlər müzakirə edilib.

Layihə 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla 600 milyon dollar həcmində dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti