...

Məhərrəm Əliyev: 200 dəstə qrup halında cinayətlər törətdiklərinə görə ifşa edilib

Siyasət Materials 18 Yanvar 2007 13:36 (UTC +04:00)

2006-cı il ərzində Bakı şəhərində 200 dəstə qrup halında cinayətlər törətdiklərinə görə ifşa edilib. Trend in xəbərinə görə, bu barədə cinayətkarlığa qarşı mübarizə, ictimai asaiyişin təmini sahəsində həyata keçirilmiş tədbirlərə dair yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilmiş əməliyyat müşavirəsində BŞBPİ rəisi general-leytenant Məhərrəm Əliyev məlumat verib.

BŞBPİ rəisi bildirib ki, İdarə əməkdaşlarının həyata keçirdikləri əsas tədbirlərdən biri MDB-nin digər ölkələrində mövcud olan kriminal qruplaşmaların yaradılmasına və fəaliyyətinə yol verməməkdən ibarət olub.

"Məlum olduğu kimi, son 2-3 ildə Gürcüstandan olan qastrolçu-cinayətkarlar mənzillərdən oğurluq peşələrini Bakı şəhərində də tətbiq etməyə cəhd göstəriblər. Hətta onların törətdikləri bir sıra qarətlər uzun müddət bağlı qalıb. Lakin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə müvafiq əməliyyat tədbirlərinin görülməsi və gürcü vətəndaşlarından ibarət qrupların zərərsizləşdirilməsi öz müsbət nəticəsini verib" - deyə M.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti