...

Bakıda Azərbaycan-Polşa münasibətlərinin perspektivləri müzakirə edilir

Siyasət Materials 22 Yanvar 2007 11:36 (UTC +04:00)

Polşa xarici işlər nazirinin birinci müavini Pavel Koval (Pawel Kowal) Bakıdadır. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretskiy bildirib.

Polşa xarici işlər nazirinin birinci müavini Azərbaycanda bir gün olacaq. Onun səfər proqramına Azərbaycan Milli Məclisində, Prezidentin İcra Aparatında, Xarici İşlər Nazirliyində və İqtisadi İnkişaf Nazirliyində görüşlər daxildir. Aparılacaq görüşlərin tematikasını Polşa-Azərbaycan ikitərəfli münasibətlər, iqtisadi və mədəni əlaqələr, energetika shəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional təhlükəsizlik və s. məsələlər təşkil edəcək.

Polşalı diplomat həmçinin Bakı Slavyan Uiversitetində olacaq, Polşa mədəniyyəti və dili mərkəzinin işi ilə tanış olacaq. Azərbaycan neft sənayesinin görkəmli xadimi polşalı mühəndis Pavel Pototskinin məzarını ziyarət də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti