...

Küveyt əmiri Azərbaycan prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib

Siyasət Materials 22 Yanvar 2007 12:27 (UTC +04:00)
Küveyt əmiri Azərbaycan prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib

Küveyt Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu mövqeni tutmaqda davam edəcək. Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev yanvarın 20-21-də Azərbaycan XİN rəhbərinin Küveytə rəsmi səfərini şərh edərkən eksklüziv olaraq Trend ə bildirib ki, Küveyt rəhbərliyinin bu mövqeyi Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Sabahın görüşü zamanı bildirilib.

Səfir bildirib ki, danışıqlar yüksək səviyyədə keçib və ikitərəfli və beynəxlaq əməkdaşlığın bütün məsələləri əhatə edilib. Səfir qeyd edib ki, tərəflər öz mövqeləri ilə bağlı fikir mübadiləsi aparıb, siyasi münasibətlərin yüksək səviyyəsini xüsusi qeyd ediblər, iqştisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi zərurililyindən danışıblar.

Diplomatın sözlərinə görə, Azərbaycan XİN rəhbəri ilə görüşdə Küveyt əmiri Azərbaycan prezidenti İlham Əliyevi Küveytə rəsmi səfərə dəvət edib. Öz növbəsində E.Məmmədyarov Azərbaycan prezidenti adından əmiri Azərbaycana dəvət edib.

Azərbaycan xarici işlər naziri səfər çərçivəsində vəliəhdlə, baş nazir, parlament sədri, xarici işlər naziri ilə görüşlər keçirib, hər iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlığa dair protokol imzalanıb.

E.Məmmədyarovun səfəri yerli KİV-lərdə geniş əks olunub.

Xəbər lenti

Xəbər lenti