Hərbçilərin müavinətinin artırılması və sosial problemlərinin həlli istiqamətində tədbirlər həyata keçiriləcək. Trend in xəbəri nə görə, bu barədə yanvarın 23-də jurnalistlərə Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev məlumat verib.
V.Əliyev bildirib ki, tədricən əhalinin bütün sosial təbəqələrinin müavinətinin artırılması və güzəranının yaxşılaşdırılması üçün işlər görüləcək. Bu diqqət hərbçilərə də şamil olunacaq.