...

Aydın Mirzəzadə: "AŞ PA enerji resuslarından siyasi məqsədlər üçün istifadəni yolverilməz hesab edir"

Siyasət Materials 24 Yanvar 2007 16:15 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında "Enerji resuslarından siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi" adlı məruzə müzakirə olunub. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, məruzə əsasən Rusiya qazının Avropaya nəqlində yaranmış problemlərə həsr olunub: "Buna baxmayaraq Ermənistandan olan deputat Abramyan çıxış edərək bildirdi ki, Azərbaycan Ermənistanı blokadaya alıb. Bakı-Tbilisi- Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərini heç bir əsas olmadan Ermənistandan yan keçirib və bunun nəticəsində İrəvan milyardlarla dollar vəsait itirib. O, Azərbaycanı Ermənistanı təcrid etmək siyasəti yürütməkdə ittiham edirdi və çıxışının böyük bir hissəsini Rusiyanın tərifinə yönəlmişdi. Bu da zalda narazılıq yaratdı."

A.Mirzəzadənin sözlərinə görə, Gürcüstandan olan deputatlar isə öz çıxışlarında Azərbaycanın Cənubi Qafqazda çox konsturiktiv siyasət yürütdüyünü vurğulayıblar.

"Onlar bildirdilər ki, ölkələri üçün çətin olan bir şəraitdə Azərbaycan heç bir şərt irəli sürmədən bazar qiymətlərindən bir neçə dəfə aşağı qiymətə Gürcüstana qaz satdı. Gürcüstanı təmsil edən iki deputat buna görə, ölkələri adından Azərbaycana təşəkkür etdilər", - deyə millət vəkili əlavə edib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva isə bildirib ki, Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə, bu ölkə ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz və rəsmi İrəvanın iddiaları əsassızdır.

Q.Paşayeva qeyd edib ki, Ermənistan torpaqlarını işğal etdiyi bir ölkədən kömək istəyir. O, Azərbaycanın Gürcüstana və vaxtilə Ukraynaya təmənnasız yardım etdiyini vurğulayıb.

"Qəbul edilən qərarada isə deyilir ki, enerji resuslarından siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir", - deyə Aydın Mirzəzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti