...

İspaniyanın Azərbaycandakı səfirliyi sentyabra qədər işə başlayacaq

Siyasət Materials 24 Yanvar 2007 17:10 (UTC +04:00)

Sentyabra qədər Azərbaycanda İspaniya səfirliyi işə başlayacaq. Bu barədə Azərbaycanın İspaniyadakı konsulu Nicat Sadıxov Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, İspaniya rəhbərliyi artıq səfirliyin açılması haqqında siyasi qərar qəbul edib və onu Azərbaycan tərəfi ilə razılaşdırıb. Bu yaxınlarda İspaniya XİN idarəsinin rəisi Bakıda olub və Azərbaycanın Xarici İşlər Nazirliyində məsələni müzakirə edib. Diplomat qeyd edib ki, indi məsələnin texniki tərəfini həll etmək lazımdır.

Diplomatın sözlərinə görə, indi səfirə namizədlər nəzərdən keçirilir, sonra isə İspaniya XİN onu Azərbaycan tərəfinə təqdim edəcək.

Xatırladaq ki, Azərbaycanın İspaniyadakı səfirliyi 2006-cı ildə açılıb.

Xəbər lenti

Xəbər lenti