...

Millət vəkili Gültəkin Hacıyeva: "Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin Dağlıq Qarabağa səfəri haqqında konkret qərar qəbul olunmayıb"

Siyasət Materials 29 Yanvar 2007 13:18 (UTC +04:00)

Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətlərinin Dağlıq Qarabağa səfər etməsi haqqında konkret qərar qəbul olunmayıb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva qeyd edib ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasında nümayəndə heyətlərinin AŞPA təmsilçiləri ilə birgə Dağlıq Qarabağa səfər etməsi haqqında təklif irəli sürülüb.

"Alt Komitənin məqsədi AŞPA-nın 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin icra vəziyətini qiymətldəndirməkdir. Əgər zərurət yaranarsa, Alt Komitənin sədri lord Rassel Conston bölgəyə səfər edəcək. Amma bu səfərin vaxtı hələlik dəqiqləşməyib", - deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti