...

QUAM katibliyinin açılışı bu ilin avqustundan tez gözlənilmir

Siyasət Materials 29 Yanvar 2007 17:13 (UTC +04:00)

Avqustda, ola bilər ki, payızın əvvəlində "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-QUAM" katibliyinin açılışı gözlənilir, bu barədə Trend ə eksklüziv olaraq təşkilatın məlumat ofisinin inzibatçı direktoru Georgi Nazarov məlumat verib.

Onun sözlərinə görə, katiblik "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat-QUAM"ın yeni strukturudur və təşkilatın iştirakçısı olan dövlətlərin başçılarının qərarı ilə yaradılır.

Rəsmi nümayəndənin qeyd etdiyinə görə, təşkilatda yeni konfiqurasiya - daimi nümayəndələr Şurası- yaradılacaq. O, təşkilatın yanında vəkil təyin olunacaq. Təşkilatın hər bir iştirakçı-dövləti öz nümayəndəsini katibliyə göndərəcək. Ölkə başçılarının qərarı ilə katibliyin daimi yeri Kiyev seçilib.

G. Nazarovun sözlərinə görə, Ukrayna höküməti 2007-ci il büdcəsində katibliyin ofisinin yaradılmasına vəsait ayırıb. Artıq katibliyin ofis binası seçilib, indi orada əsaslı təmir işləri aparılır. İşlərin başa çatması payızın əvvəllərində gözlənilir, elə həmin vaxtda da strukturun rəsmi açılış mərasimi olacaq, - deyə o, söyləyib.

Xəbər lenti

Xəbər lenti