...

Azərbaycan parlamenti Tarif şurasının enerji daşıyıcılarının qiymətinin qaldırılmasına dair qərarını müsbət qiymətləndirib

Siyasət Materials 1 Fevral 2007 15:02 (UTC +04:00)

Bu gün Azərbaycan parlamentinin yaz sessiyası işə başlayıb. Bu barədə Trend xəbər verir. İclası parlamentin spikeri Oqtay Əsədov açıb və bəyan edib ki, qanunverici orqan 2006-cı ili uğurla başa vurub. O qeyd edib ki, ölkədə gedən sosial-iqtisadi və digər islahatları dəstəkləyir və bu proseslərin hüquqi bazasının yaradılması üçün mühüm addımlar atılıb.

"Milli Məclis Azərbaycan prezidentinin həyata keçirdiyi islahatları tamamilə dəstəkləyir. 2006-cı il ərzində parlament 19 iclas keçirib və 94 qanun təsdiq edib", - deyə spiker vurğulayıb.

O.Əsədovun çıxışından sonra müzakirələr başlayıb. Deputatlar, birinci növbədə, Tarif şurasının enerji daşıyıcılarının qiymətinin qaldırılmasına dair qərarına öz münasibətlərini bildiriblər. Bildirilib ki, bu qərar müsbət qiymətləndirilməlidir. Azərbaycan qanunvericiləri hesab edirlər ki, bu qərar ölkənin sosial-iqtisadi inkişafını sürətləndirəcək. Həmçinin qeyd olunub ki, əhalinin aztəminatlı təbəqələrinin maraqlarına toxunmamaq üçün Azərbaycan prezidenti bir sıra fərmanlar imzalayıb.

Xəbər lenti

Xəbər lenti