...

Milli Məclisin sədri: "Azərbaycan və İran parlamentlərarası dostluq qruplarının qarşılıqlı əlaqələri istənilən səviyyədə deyil"

Siyasət Materials 3 Fevral 2007 11:25 (UTC +04:00)

"Azərbaycan və İran parlamentlərarası dostluq qruplarının qarşılıqlı əlaqələri istənilən səviyyədə deyil."

Parlamentin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərğami ilə görüşündə belə deyib.

O.Əsədov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz daha da inkişaf edib və möhkəmlənib. Bu işdə iki dövlətin başçılarının rolunu xüsusi vurğulayan Milli Məclisin sədri qeyd edib ki, prezidentlərin qarşılıqlı səfərləri zamanı 70-dən çox sənəd imzalanıb.

"Həmin sənədlər əlaqələrimizin bütün sahələrdə inkişafı üçün hüquqi baza yaradıb. Parlamentlərimiz də bundan maksimum istifadə edərək münasibətləri genişləndirməlidir. 1995-ci ildə hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb. Amma bu qrupların qarşılıqlı əlaqələri istənilən səviyyədə deyil", - deyə Milli Məclisin sədri vurğulayıb.

İran parlamentinin sədrini Azərbaycana səfərə dəvət etdiyini bildirən O.Əsədov ümid edir ki, bu il baş tutacaq səfər parlamentlərarası əlaqələrimizin inkişafında dönüş yaradacaq.

İzzətullah Zərğami ölkəsinin parlament sədrinin salamlarını Oqtay Əsədova çatdırıb, vurğulayıb ki, İran qonşu və dost ölkə olan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.

Zərğami parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün deputatlarımızın qarşılıqlı səfərlərinin zəruriliyini vurğulayıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov, İranın ölkəmizdəki səfiri Əfşar Süleymani və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti