...

Səfir: Ankarada Azərbaycan müdafiə naziri ilə danışıqların yekununda heç bir sənəd imzalanmayıb

Siyasət Materials 6 Fevral 2007 19:08 (UTC +04:00)
Səfir: Ankarada Azərbaycan müdafiə naziri ilə danışıqların yekununda  heç bir sənəd imzalanmayıb

Ankarada Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə danışıqların yekununda heç bir sənəd imzalanmayıb. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə nazirinin ikigünlük səfəri çərçivsəində onu Türkiyənin prezidenti Əhmət Necət Sezər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt, Türkiyənin müdafiə naziri Vecdi Könül qəbul edib. Müdafiə nazirlərinin görüşündə əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsi məsələlərinə baxılıb.

Rəsmi səfər çərçivəsində Azərbaycan müdafiə naziri Aselsan şirkətinin istehsal etdiyi elektrik cihazları ilə tanış olub.

Proqramın sonuncu bəndi müdafiə nazirinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüdür, bundan sonra səfər başa çatacaq.

Xəbər lenti

Xəbər lenti