...

ADP-nin səlahiyyətli orqanı Ali Məclis sədrinin barəsində tədbir görülməsinə qərar verib

Siyasət Materials 7 Fevral 2007 16:45 (UTC +04:00)

ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın Ali Məclisinin sədri Akif Şahbazovu özbaşına bəyanatlar verməkdə ittiham edərək onun partiya məsuliyyəti məsələsinə baxılması üçün Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edib. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Bu gün - fevralın 7-də qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin növbədənkənar iclası keçirilib və iclasda Akif Şahbazovun Ali Məclisin 27.01.2007-ci il tarixli qərarını ləğv etməsi ilə bağlı KİV-ə verdiyi bəyanat müzakirə olunub. Müzakirələr zamanı qərara alınıb ki, partiya Nizamnaməsinə əsasən, A.Şahbazovun bu cür sərəncam vermək səlahiyyəti yoxdur, ona görə də belə bəyanatı əsassızdır və heç bir hüquqi qüvvəyə malik deyil.

Eyni zamanda siyasi etikadan kənar və partiyanın siyasi imicinə ciddi zərbə vuran bəyanat verməsi, Nizamnamədə nəzərdə tutulmayan qaydada Ali Məclis sədri vəzifəsini mənimsəməyə cəhd göstərməsi, Ali Məclis üzvlərinin iradəsinə hörmətsizlik etməsi əsas götürülərək, A.Şahbazovun partiya məsuliyyəti məsələsinə baxılması üçün MNTK-ya müraciət olunması haqqında qərar çıxarılıb.

Qeyd edək ki, ADP-nin qurultayı çağırıldığı üçün partiyanın Ali Məclisi, İdarə Heyəti, Aparatı buraxılıb və səlahiyyətləri dayandırılıb. Yalnız MNTK fəaliyyətini davam etdirir və qurultaya qədərki dövr ərzində ali orqanların səlahiyyətləri Təşkilat Komitəsinə verilib.

Xəbər lenti

Xəbər lenti