...

Pakistan baş naziri Azərbaycanla iqtisadi əməkdaşlıq səviyyəsinin siyasi münasibətlər səviyyəsinə çatdırılması niyyətiylə çıxış edir

Siyasət Materials 7 Fevral 2007 18:10 (UTC +04:00)

Azərbaycan və Pakistan arasında əməkdaşlıq perspektivləri fevralın 7-də Azərbaycan hökuməti baş nazirinin birinci müavini Yaqub Eyyubov və Pakistan baş naziri Şövkət Əzizin İslamabadda keçirilən görüşündə müzakirə edilib. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Pakistandakı səfirliyinin məsləhətçisi Sabir Rzayev bildirib.

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında iştirak çərçivəsində keçirilən görüşdə tərəflər ikitərəfli və regional əməkdaşılığın aktual mövzularını müzakirə ediblər, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə etmək niyyətlərini bildiriblər.

Pakistan baş naziri iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən məmnunluğunu bildirərək, iqtisadi münasibətlərin səviyyəsinin də bu münasibətlərin səviyysinə qaldırılması arzusunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti