Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə müəssisələrinin (BM) nizamnamə kapitalında onların özəlləşdirilməsi məqsədilə dövlət payının qiymətləndirilməsi üçün məsləhətçi seçimini başa çatdırıb.
Trend xəbər verir ki, Dövlət Komitəsi başçısı Kərəm Həsənov cümə günü mətbuat konfransında bildirib ki, tenderin qalibi "Ernst & Young" konsorsiumu və "CA IB" olub.
İşin birinci mərhələsi müəssisələrin özəlləşdirilməsi və beynəlxalq norma və standartlara uyğun qiymətləndirilməsini, özlləşdirmə ilə bağlı çərçivə təkliflərinin hazırlanmasını nəzərdə tutur, ikinci mərhələdə isə investorların cəlb edilməsi, informasiya memorandumunun və özəlləşmə sənədlərinin hazırlanması nəzərdə tutulur.