...

Prezidentin İcra aparatının şöbə müdiri: Hazırda Azərbaycanın "Teleradioyayım haqqında" qanununa yenidən baxılması aktual deyil

Siyasət Materials 9 Fevral 2007 16:39 (UTC +04:00)
Prezidentin İcra aparatının şöbə müdiri: Hazırda Azərbaycanın "Teleradioyayım haqqında" qanununa yenidən baxılması aktual deyil

Mən düşünürəm ki, hazırda "Teleradioyayım haqqında" qanununa yenidən baxılması aktual deyil və əgər zərurət yaranarsa, gələcəkdə Azərbaycan özü lazımi düzəlişlər edəcək.

Bu barədə Azərbaycan prezidentinin İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Şurasının Azərbaycandakı baş katibinin xüsusi nümayəndəsi Denis Bribosianın təşkilatın 2002-ci ildə qəbul olunmuş "Teleradioyayım haqqında" qanunun ekspertizası işində hökumətə yardım etməyə hazır olması haqqında bəyanatını şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

Ə.Həsənov qeyd edib ki, qanun Avropa Şurası ekspertlərinin iştirakı ilə qəbul olunub və iki dəfə ekspertizadan keçib. İlk dəfə Azərbaycan prezidenti qanunu parlamentə qaytarıb və akt Avropa Şurasının ekspertləri ilə birgə dəyişdirilib. Şöbə müdiri vurğulayıb ki, sonuncu variant onların hamısının şərhi alındıqdan sonra qəbul olunub.

Ə.Həsənov Avropa Şurasının bu təşəbbüsünü belə izah edib ki, Milli Teleradioyayım şurasının başçısı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə Avropanın başqa ölkələri ilə müqayisədə onun başçılıq etdiyi qurumun səlahiyyətlərinin məhdudlaşdırılmasından şikayət edib.

Şura başçısı hesab edir ki, onların telekanalların fəaliyyətinə müdaxilə etmək üçün kifayət qədər imkanı yoxdur və qanunun bəzi bəndlərinə yenidən baxılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti