...

Səfir: Azərbaycan XİN rəhbəri Qazaxıstana səfər edəcək

Siyasət Materials 12 Fevral 2007 15:31 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fevralın üçüncü on günlüyündə Qazaxıstana səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

Səfir bildirib ki, səfər rəsmi xarakter daşıyır və Qazıxstan XİN rəhbərinin dəvəti ilə həyata keçirilir. Diplomat qeyd edib ki, səfirlik artıq nəzərdə tutulan səfərin proqramı üzərində işləyir. Bu səfər çərçivəsində Azərbaycan XİN rəhbərinin yüksək səviyyədə görüşlər keçirməsi planlaşdırılır.

Tərəflər ikitərəfli, regional və beynəlxalq xarakterli aktual məsələləri müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti