...

N.İbrahimov: "Dünya ölkələri Xocalı soyqırımını rəsmən tanımağa hələ ki hazır deyil"

Siyasət Materials 12 Fevral 2007 18:42 (UTC +04:00)

"Xocalı soyqırımının xarici dövlətlər tərəfindən yaxın zamanlarda rəsmən tanınacağına inanmıram". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlayıb.

O, qeyd edib ki, azərbaycanlıların yaşadığı, diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyi ölkələrdə Xocalı soyqırımının 15-ci ildönümü qeyd olunacaq. Komitə sədrinin fikrincə, soyqırımın dünya ölkələrində rəsmən tanıdılmasına çalışmaqdan daha çox, səyləri Xocalıda ermənilərin törətdiyi vəhşiliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına, informasiya təlbiğatı aparılmasına yönəltmək lazımdır. N.İbrahimov qeyd edib ki, xarici dövlətlər tərəfinən Xocalı soyqırımının rəsmən tanınmasına nail olmaq çətindir. Onun fikrincə, dünya ölkələri bu faciənin soyqırım kimi tanımağa hələlik hazır deyil.

Xəbər lenti

Xəbər lenti