...

Gürcüstandakı Azərbaycan səfirliyi "Ermənistan ixrac-kataloqu" ilə bağlı hiddətlənib

Siyasət Materials 1 Mart 2007 12:46 (UTC +04:00)

Gürcüstan, Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstandakı Azərbaycan səfirliyinin nümayəndələri "Ermənistan ixrac-kataloqu" nəzakətsiz nəşri ilə bağlı hiddətlənib. Səfirliyin birinci katibi Elxan Poluxovun məlumatına əsasən, İsveçrənin SDC şirkətinin dəstəyi ilə nəşr olunmuş kataloqda Dağlıq Qarabağ şirkətləri Ermənistan şirkətləri kimi qeyd olunub.

"Biz İsveçrə dövlət şirkətinnin loqosunun istifadəsinə Ermənistan tərəfindən icazə alınmasını yoxlamalıyıq və əgər SDC loqosu təşkilatın icazəsi ilə istifadə olunubsa, onda Bakının rəsmi reaksiyası olacaq", deyə Poluxov bildirib. O, vurğulayıb ki, bu halda beynəlxalq normaların pozulması nəticəsiz qalmayacaq.

Birinci katib qeyd edib ki, bukletdə Dağlıq Qarabağ respublikasnın tərkibinə daxil olan Əsgəran və Stepanakert şirkətləri 5-6 dəfə xatırlanıb. Lakin onlar Azərbaycanın deyil, Ermənistanın tərkib hissəsi kimi qeyd olunub.

Qeyd etmək lazımdır ki, kataloq yüksək poliqrafik səviyyədə nəşr olunub və müxtəlif erməni şirkətləri tərəfindən hazırlanıb. Bu kataloq bu gün Tiflisdə Avrasiya fondu tərəfindən təşkil olunmuş qida məhsullarının təhlükəsizliyi forumunda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti