...

Sankt-Peterburqda MDB məkanında mədəniyyət, informasiya, turzim və idman sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunur

Siyasət Materials 5 Mart 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 5-də Sankt-Peterburqda MDB Parlament Assambleyasının mənzil qərargahında təşkilata üzv olan dövlətlərin mədəniyyət, informasiya, turzim və idman məsələləri ilə bağlı toplantısı keçiriləcək.

Toplantıda bir sıra qanun layihələri müzakirə olunacaq. Bura vətəndaşların etnomədəniyyət ictimai assosiasiyaları, partnyorluq və sponsorluq, peşəkar idman beynəlxalq kommersiya, "Mir" teleradio kompaniyasının statusu ilə bağlı konfensiya, həmçinin "İntellektual imkanlar" haqında qanun layihəsinin təkmilləşdirilməsi, iyun ayının 1-də bu məsələ ilə bağlı beynəlxalq konfransın keçirilməsi məsələləri müzakirə olunacaq.

Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ukrayna parlamentlərinin müşahidəçiləri və ekspertləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti