...

Baş nazir: Belarus Azərbaycanın iqtisadi inkişaf tempini yüksək qiymətləndirir

Siyasət Materials 28 Mart 2007 21:03 (UTC +04:00)
Baş nazir: Belarus Azərbaycanın iqtisadi inkişaf tempini yüksək qiymətləndirir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xalilova / Bu gün Bakıda Belarus və Azərbaycan hökumətlərinin başçıları əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Belarus baş nazirinin sözlərinə görə, onun Bakıya səfərində məqsəd ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün fikir mübadiləsi aparmaq olub.

"Ölkələr arasında qarşılıqlı əlaqələr son illərdə dinamik olaraq inkişaf edir. 2007-ci ilin yanvarında Belarus və Azərbaycan arasında əmtəə mübadiləsi artıq 30 faizdən çoxdur. Bu, bizim ölkələrimizin iqtisadiyyatında baş verən prosesləri anlamaq nöqteyi-nəzərindən çox mühümdür",-deyə o bildirib.

Onun sözlərinə görə, Belarus postsovet məkanı ölkələri arasında iqtisadi inkişaf tempinə görə birinci yerdə olan Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirir.

"Əsas odur ki, ancaq yanacaq energetika kompleksi deyil, sənaye də inkişaf edir. Nəzərəçarpacaq artım var - bunlar böyük rəqəmlər deməkdir ki, Belarus hökuməti bunu yüksək qiymətləndirir və Azərbaycan hökuməti ilə imzalanacaq razılaşma və layihələr hazırlayır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti