...

Azərbaycanlıların soyqırımı günü Türkiyədə qeyd olunacaq

Siyasət Materials 30 Mart 2007 14:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/ 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanın Türkiyədəki səfirliyində qeyd olunacaq. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov cümə günü məlumat verib. Həmin gün səfirlikdə Türkiyə Böyük Millət Məclisi deputatları, bu ölkənin xarici işlər nazirliyinin rəsmi şəxsləri, Türkiyədə akreditə olunmuş xarici ölkələrin səfir və diplomatları, tanınmış siyasi və ictimai xadimləri, Azərbaycan diaspor nümayəndəlirinin iştirakı ilə xatirə gecəsi təşkil olunacaq.

Mərasimdə gecənin iştirakçılarına paylanacaq Azərbaycan prezidentinin azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı xalqa müraciəti oxunacaq. Səfirin məlumatına əsasən, səfirlik tərəfindən həmçinin XX əsrin əvvəlində baş vermiş faciəvi hadisələri əks etdirən press-relizlər paylanılıb.

Xəbər lenti

Xəbər lenti