...

Qafqaz müsəlmanlarının rəhbəri islam dövlətlərinin birliyi məsələsini müzakirə edir

Siyasət Materials 30 Mart 2007 15:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə bir sıra islam dövlətlərinin rəhbərləri ilə görüşdə islam dünyasındakı problemlərə baxışlarını, onların həlli məqsədilə islam dövlətlərinin birliyi məsələlərini müzakirə edəcək. Azərbaycanın Liviyadakı diplomatik ofisinin rəhbəri, Misirdəki səfirliyin birinci katibi Elxan Kərimovun cümə günü verdiyi məlumata əsasən, görüşlər Nigeriyanın prezidenti Mühəmməd Tanc, Liviyanın prezidenti Muamar Kaddafi və bir sıra islam dövlətlərinin yüksək rəsmi şəxslərinin iştirak edəcəyi Abucada (Nigeriya) keçiriləcək təntənəli cümə günü ibadətində iştirak çərçivəsində keçiriləcək. Diplomatın sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri həmçinin prezidiumun üzvü kimi Liviyada keçirilən Ümümdünya Xalq Rəhbərliyi Beynəlxalq Təşkilatının növbəti iclasında iştirak edb.

Xəbər lenti

Xəbər lenti