...

BMT baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

Siyasət Materials 30 Mart 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin Azərbaycan hökumətinin dəvəti ilə aprelin 2-dən 6-dək ölkəmizdə rəsmi səfərdə olacaq. Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Səfər çərçivəsində baş katibin nümayəndəsinin yüksək səviyyəli dövlət rəsmiləri, xüsusilə də məcburi köçkünlərin hüquqları ilə məşğul olan rəsmilərlə görüşləri gözlənilir. V.Kalinin vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də məcburi köçkünlərlə görüşləri nəzərdə tutulub.

Səfərin son günü yerli və beynəlxalq mətbuat nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti