...

Prezident seçkilərinə start veriləndə YAP İlham Əliyevin namizədliyini rəsmiləşdirəcək

Siyasət Materials 2 Aprel 2007 17:40 (UTC +04:00)
Prezident seçkilərinə start veriləndə YAP İlham Əliyevin namizədliyini rəsmiləşdirəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2008-ci ildə keçiriləcək prezident seçkilərinə start verilən kimi dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə rəsmi qərar çıxaracaq. Bu barədə YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bazar ertəsi açıqlama verib.

O bildirib ki, İlham Əliyev YAP-ın prezident seçkisində dəstəkləyəcəyi yeganə liderdir: "Seçki kampaniyasına start veriləndə YAP bu qərarını rəsmiləşdiriləcək. Hesab edirəm ki, cəmiyyət də artıq 2008-ci il seçkilərdə kimə səs verəcəyini qəti şəkildə müəyyənləşdirib".

YAP funksioneri onu da deyib ki, prezident seçkilərində müxalifətin fəal şəkildə və bir neçə namizədlə iştirak etməsi hakim komandanın seçki kampaniyasına təsir göstərməyəcək: "Müxalifətin bir və ya çoxlu namizədlə seçkidə iştirakı İlham Əliyevin seçki kampaniyasına problem yaratmaq gücündə deyil. Müxalifət çox az sayda seçici səslərinə iddia edə bilər. Ona görə də az faizli səsin müxalifətin bir namizədinə, yaxud bir neçəsinə verilməsi YAP-ın seçki kampaniyasında uğur qazanması üçün heç bir əhəmiyyət daşımır"-deyə Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti