...

MDB Hidrometeorologiya Şurasının növbəti iclasının gündəliyinə 19 məsələ daxil edilib

Siyasət Materials 4 Aprel 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə günü Düşənbədə (Tacikistan) Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Hidrometeorologiya Şurasının 18-ci sessiyası öz işinə başlayıb. MDB-nin İcraiyyə Komitəsindən verilən məlumata görə, sessiyanın gündəliyinə MDB ölkələri milli hidrometeorologiya xidmətlərinin fəaliyyəti, Şurann və Birliyin yuxarı orqanlarının əvvəl qəbul etdiyi qərarların həyata keçirilməsi ilə bağlı 19 məsələ daxil edilib. Sessiyanın əsas məsələsi isə MDB hidremeteorologiya təhlükəsizliyi konsepsiyasının həyata keçirilməsidir.

Təbii hidrometeoroloji proseslərin mənfi təsirlərinin azaldılması, həmçinin qəza və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə birgə fəaliyyətlə bağlı layihəyə də baxılacaq.

Bununla yanaşı Şimali-Avrasiya "Moskva" regional klimotoloji mərkəzinin yaradılması məsələsinə də baxılacaq. Mərkəz milli hidrometeorologiya xidmətlərini iqlimlə bağlı operativ və tarixi məlumatlar, qısamüddətli iqlim dəyişiklikləri barədə məlumatlarla təchiz edəcək, elmi araşdırmaları koordinasiya edəcək. Birlik ölkələrinin mülki aviasiyasının zəruri məlumatlarla təmin olunması məsələsi də kompleks tədbirlər sırasına daxildir.

Xəbər lenti

Xəbər lenti