Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO-nun tələb etməsinə baxmayaraq Azərbaycanın müdafiə naziri mülki şəxs ola bilməz. Bu barədə şənbə günü Bakıda Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.
Millət vəkili qeyd edib ki, Azərbaycan üçün müdafiə nazirinin mülki şəxs olması tezdir: "Ona görə ki, ölkəmiz müharibə şəraitindədir, ərazilərimizin 20 faizi işğal olunub. Bu münaqişənin taleyi həll olunmayınca Azərbaycanın müdafiə naziri mülki şəxs ola bilməz", -deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Bakı müdafiə nazirinin mülki şəxs olması məsələsini nəzərdə keçirmir.