...

Azərbaycan prezidenti məktəbəqədər təhsilin inkişafı ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 12 Aprel 2007 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının (2007-2010-cu illər)" təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir. Sərəncam Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin qabaqcıl beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədilə imzalanıb.

Dövlət Proqramının əlaqələndirici orqanı Azərbaycanın Təhsil Nazirliyi olacaq.

Xəbər lenti

Xəbər lenti