...

Azərbaycan və Polşanın hüquq-mühafizə orqanları əməkdaşlığı genişləndirir

Siyasət Materials 17 Aprel 2007 16:17 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan və Polşanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafı məsələləri iyunun əvvəlində Bakıda müzakirə ediləcək. Danışıqlar Polşanın xarici işlər naziri Yanuş Kaçmarekin Bakıya səfəri çərçivəsində aparılacaq. Bu barədə çərşənbə axşamı Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voytsex Quretski məlumat verib.

Səfər Polşa XİN rəhbərinin Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində həyata keçiriləcək. Hazırda səfərin tarixi dəqiqləşdirilir və görüşlərin proqramı hazırlanır, məsləhətçi məlumat verib. Tərəflərin transmilli cinayətkarlığa, narkotik, silahların qeyri-qanuni dövriyyəsi, insan alverinə qarşı mübarizədə qarşılıqlı əlaqə məsələlərini müzakirə edəcəyi gözlənilir. Tərəflər həmçinin təcrübə mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti