...

Bakı dünyanın 49 ölkəsindən gəncləri qəbul edəcək

Siyasət Materials 19 Aprel 2007 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Trendlife " K.Məmmədova/

Aprelin 26-dan 29-dək Bakıda Avropa Gənclər Forumunun növbəti iclası keçiriləcək. İclasda dünyanın 49 ölkəsindən 170 gənc iştirak edəcək. Bu haqda "Trendlife"ın müxbirinə Azərbaycın Gənclər Təşkilatının mətbuat katibi Gülsel Səfərova məlumat verib. G.Səfərova: "Bizim təşkilat 1995-ci ilin noyabr ayından fəaliyyət göstərir. Bu strukturun əsas məqsədi istedadlı uşaq və cənclərin hüquqlarını məqsədyönlü şəkildə qorumaqdır. Bu gün təşkilatımız 67 uşaq və gənclər təşkilatını özündə birləşdirən yegənə gənc platformadır. 1997-ci ildə Avropa Gənclər Forumunda Azərbaycan gəncləri də iştirak etmişdir. Foruma gəldikdə isə Avropa Şuraşı və Avropa Birliyində ən nüfuzlu və yeganə gənclər platforması hesab edilir. Qeyd edim ki, bü təşkilatın ümumi iclası ildə iki dəfə keçirilir. Forum əsasən Brüsseldə, ya Strasburqda və ya Avropa Şurasına daxil olan hər hansı bir ölkədə keçirilir. Biz Avropa Beynəlxalq Gənclər Forumunun növbəti iclasının Azərbaycanda keçirilməsinə nail olduq. Bu işdə bizə göstərdiyi köməyə görə Azərbaycan cənclər və idman naziri Azad Rəhimova öz dərin minnətdarlığımızı bildiririk. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi bizim gənclərin gələcəkdə Avropa cəncləri ilə əməkdaşlıq etməsinə böyük köməklik göstərəcək."

Xəbər lenti

Xəbər lenti