...

Azərbaycan İslam Partiyası müxalifətin yeni İttifaqının yaranmasını "Qərbin diqtəsi" ilə əlaqələndirir

Siyasət Materials 19 Aprel 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç partiya tərəfindən təsis olunan Demokratiya Uğrunda İttifaqın yaradılması ərəfəsində müxalifətçi qüvvələrdən Azərbaycan İslam Partiyasına heç bir müraciət edilməyib. Bu barədə İslam Partiyasının sədri Hacıağa Nuri açıqlama verib.

14 müxalifət partiyası ilə aparılan danışıqların sonunda cəmi üç partiya - Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları "Demokratiya Uğrunda İttifaq" təsis etdilər.

Nurinin sözlərinə görə, yeni birliyin yaradılması ilə bağlı İslam Partiyasına müraciət edilsəydi belə, bu partiya həmin təşəbbüsə qoşulmayacaqdı: "Bizim heç bir başqa bloka, İttifaqa qoşulmaq fikrimiz olmayıb. Ümumiyyətlə, bizim partiya Qərbdən gələn diqtələrdən uzaqdır. Demokratiya Uğrunda İttifaqın da yaranmasını, adını, təsisçilərini diqqətlə nəzərdən keçirsək, məqsədlərini görərik" - deyə partiya rəhbəri qeyd edib.

O əlavə edib ki, İslam Partiyası demokratiya uğrunda mübarizədə heç kimdən geri qalmır.

Müxalifətçi İslam Partiyası 1991-ci ildə yaradılıb. Hazırda Azərbaycançı Qüvvələr Birliyində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti