...

DİN rəhbəri: "Miqrasiya qanunvericiliyi sahəsində Azərbaycan Rusiya təcrübəsini tətbiq edəcək"

Siyasət Materials 21 Aprel 2007 14:11 (UTC +04:00)

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ Yaxın zamanlarda miqrasiya qanunvericiliyi sahəsində Azərbaycan Rusiya təcrübəsini tətbiq edəcək. Bu barədə Moskvada mətbuat-konfransında Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib.

"Ölkəyə gələn əcnəbi vətandaş barədə, onun səfərinin məqsədi, fəaliyyət növü və s. haqqında məlumatlı olmaq ölkənin daxili təhlükəsizliyi üçün çox mühimdir. Bu yalnız Rusiya üçün yox, eyni zamanda Azərbaycan üçün də vacibdir" - deyə nazir bildirib.

O bildirib ki, Moskvada keçirdiyi görüşdə rusiyalı həmkarı Rəşid Nurqaliyevlə 2007-ci ildən tətbiq edilən və daha sərt nəzarəti nəzərdə tutan miqrasiya qanunvericiliyindəki dəyişiklikləri müzakirə edib. "RF DİN rəhbəri özü də, görüşdə bir daha vurğuladı ki, RF hökuməti tərəfindən miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklərin məqsədi bu sahədə müvafiq qayda-qanun yaratmaq və Rusiyada olan əcnəbi vətəndaşların hüquqlarını müdafdiə etməkdir" - deyə Usubov əlavə edib.

Rusiyanın miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı yaradılan Azərbaycan Dövlət Komissiyasının fəaliyyəti ilə bağlı sualları cavablandıran nazir bildirib ki, prezident tərəfindən verilmiş tapşırıqlar kifayət qədər dəqiq və operativ surətdə yerinə yetirilib, bu da öz müsbət nəticələrini verib. Nazir bildirib ki, bugünkü reallıqlar azərbayacanlıların Rusiyadan kütləvi surətdə Azərbaycana axını barədə qaldırılmış çaxnaşmanın baş vermədiyini söyləməyə əsas verir. O xatırladıb ki, komissiya tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycanın Rusiyadakı səfirliyi Moskva və Sankt-Peterburqda pasportların verilməsinə başlayıb. İndiyə qədər təqribən iki min nəfər Azərbaycan vətəndaşına pasport verilib.

Xəbər lenti

Xəbər lenti