...

Azərbaycan və İraq arasında iqtisadi və elmi əməkdaşlığın inkişafına dair saziş imzalanacaq

Siyasət Materials 23 Aprel 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Azərbaycan və İraq arasında iqtisadi və elmi əməkdaşlığın inkişafına dair saziş imzalanacaq və hazırda sənəd üzərində tamamlama işləri aparılır. Bu barədə bazar ertəsi İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın Nazirlər Kabineti layihənin son variantını hazır etdikdən sonra İraq hökumətinin nümayəndə heyəti Bakıya səfər edəcək. Səfər çərçivəsində həmin sazişlərin imzalanması həyata keçiriləcək.

Səfir deyib ki, İraqdakı ictimai-siyasi vəziyyətlə əlaqədar bu il Azərbaycan rəsmilərindən Bağdada hər hansı rəsmi səfər nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti