...

Prezident Aparatının şöbə müdiri: "Türkmənistanın rəsmi şəxsləri Azərbaycana gələcək"

Siyasət Materials 26 Aprel 2007 13:32 (UTC +04:00)

Azərbaydjan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan həmişə Türkmənistanla əlaqələri bərpa etmək və inkişaf etdirmək istəyib. Artıq bu istiqamətdə danışıqlar aparılır. Bu sözləri Azərbaycan prezidentinin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov cümə axşamı jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Türkmənistanla münasibətlərin bərpası Xəzərin hüquqi statusunun həllində irəliləməyə imkan verəcək və nəticədə bu, Xəzəryanı dövlətlərin regional təhlükəsiziliyinin təminatına gətirib çıxaracaq. "Biz Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı ilə bağlı ciddi dəyişikliklər gözləyirik" - deyə Novruzov bildirib.

Prezident Aparatının şöbə müdirinin sözlərinə görə, payızda Azərbaycana Türkmənistandan yüksək çinli məmurların gələcəyi gözlənilir. Gələcəkdə isə hətta ən yüksək səviyyədə səfərlər planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti