...

Azərbaycan prezidenti Rumıniyanın eks-prezidenti ilə görüşüb

Siyasət Materials 26 Aprel 2007 18:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan prezidenti cümə axşamı Rumıniyanın eks-prezidenti və Sosial-Demokrat Partiyasının fəxri rəhbəri İon İlieskunu qəbul edib.

Dövlət başçısı İlieskunun "Tolerantlığın inkişafı və dözümlülükdə KİV-in rolu" beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycana səfərindən məmnunluğunu bildirib.

İliesku beynəlxalq konfransın Bakıda keçirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edib. Görüşdə Azərbaycan və Rumıniya arasında münasibətlərin uğurlu inkişafı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti